Tələbə hərəkatıi fəalı müvəqqəti sərbəst buraxılıb

by Samir Asadli

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı tələbə hərəkatı fəalı Məhəmməd Şəbahəti müvəqqəti sərbəst buraxılıb.

Bu barədə Tələbələr Birliyinin sosial media kanalında məlumat verilib.

Bildirilib ki, tələbə hərəkatı fəalı 900 milyon tümən girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılıb.

Təhlükəsizlik məmurları Tehran Universitetinin antropologiya fakültəsinin tələbəsi olan Məhəmməd Şəbahətini yanvarın 9-da Tehrandakı mənzilində həbs ediblər.

O, təhlükəsizlik təcridxanasında dindirildikdən sonra yanvarın 12-də Evin həbsxanasına köçürülüb.

Qeyd edək ki, azərbaycanlı tələbə bundan əvvəl 2022-ci il dekabrın 7-də Tehran Universitetində həbs edilmişdi və 33 gün saxlanıldıqdan sonra girov qarşılığında sərbəst buraxılmışdı.

Bununla yanaşı, Tehran Universitetinin intizam komitəsi Məhəmməd Şəbahətini iki semestr təhsildən məhrum edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK