Tənzilə Rüstəmxanlı: “Yenidən təxribatçı qüvvələr ortadadır”

by Samir Asadli

Son günlər Qəzza zolağında baş verənlərlə bağlı Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrində Azərbaycanın ünvanına əsassız ittihamlar səslənir. Yenidən təxribatçı qüvvələr ortadadır. Əslində cəmiyyət yanlış məlumatlandırılır və həmin təxribatçı qüvvələr Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün bu yanlışlığı öz məqsədlərinə yönəldir. Qarabağda erməni işğalı zamanı Fələstin heç vaxt Azərbaycanın yanında olmayıb, Azərbaycan isə tamam fərqli yanaşıb – daim Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyib. BMT-də keçirilən son səsvermədə də rəsmi Bakı Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipinə səs verdi. Bu gün bu həqiqətləri görmədən qardaş ölkədə ünvanımıza tənqid və təhqir səsləndirənlərin məqsədi və niyyəti bəllidir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən üst zirvədədir, dünyada bunun analoqu yoxdur. Amma bununla yanaşı Azərbaycan dövləti öz milli maraqları üçün nə lazımdırsa, onu etməkdədir. Türkiyə dövləti ilə Azərbaycan dövləti arasında olan münasibətlər, sadəcə dövlətlərarası münasibət deyil, həm də qardaşlıq münasibətidir. Azərbaycan dövlət olaraq, öz maraqları üzrə irəliləyir. Türkiyənin Azərbaycanla, Fələstin və İsrail məsələsində arasının pozulması mümkün deyil. Ermənistanda Azərbaycan və İsrail bayraqları bərabər yandırılanda, İranda, Fələstində Ermənistan bayraqları gəzdirilirdi.Əlbətdə İsrailin Fələstin Qazzədə yaptıqlarına kimsə hakk qazandırmır,İsrail dünyanın gözü önündə masum insanları,özəlluklə cocukları,sivil halkı katl etməsi bir cinayətdir və hətta savaş suçdur.Sadəcə bu yaşananlara seyriçi qalan bir dünyada yaşayırıq və Azərbaycan türkləri aynı bu acıları Qarabağda Hocalıda yaşamışdılar.Hocalıda da masum çocukkar öldürülmüşdü,o zaman da Azərbaycan bu acılarla baş başa buraxılmışdı.Deməm o ki,bu məsələlər iki qardaş xalqın və dövlətin münasibətlərinə kölgə sala bilməz. Dünyanın hər yerində yaşıyan türklər,Türkiyəni vətəni bilir və öz məmləkəti kimi sevir,bu sevgi isə bizi ayırmaya çalışan insanların pis niyyətini gözündə qoyacaq.İki bədəndə bir Can,Azırbaycan Türkiyə.Bizi ayıracak hər gücə qarşı bir yumruk olacağız.

ATEV başqanı Tənzilə rüstəmxanlı

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK