Dünən avqustun 29-da Güney Azərbaycanın Təbriz, Urmu və Ərdəbil şəhərlərində bir qrup təqaüdçü Təqaüd Fondunun binası qarşısında etiraz aksiyası keçiriblər.
Onlar “Parlament və hökumət də millətin fikrində deyil”, “Heç bir xalq bu qədər ədalətsizliyə məruz qalmayıb”, “Yetər söz vermək, süfrələrimiz boşdur”, “Həbs olunmuş müəllim azad olunmalıdır” və sair şüarları səsləndiriblər.
Aksiya iştirakçıları, həmçinin, həmkarlar ittifaqı aktivisti, güney azərbaycanlı Qulamrza Əsğərinin azadlığa buraxılmasını tələb ediblər.
Təqaüdçülər dövlət və parlamentin onların problemlərini həll etmədiyini deyərək, hüquqlarının tam bərpa olunmasına qədər aksiyaları davam etdirəcəklərini bildirblər.