Kompleks 600 illik tarixə malikdir və ağqoyunlu Uzun Həsən çağında salınıb.
Pəhləvilər sülaləsinin Azərbaycanın taxiri tikililərini məhv etməks siyasəti nəticəsində hazırkı Mədəni adına küçə salınmaqla iki hissəyə bölünərək onun böyük bir qismi məhv edilib.
Qalan hissə bir neçə ildir ki, güya bərpa olunmaqdadır. Lakin tikilinin dalında özünəməxsus kafel bəzəkli əsas hissəsi zibil tullanma yerinə çevrilib.
Həmçinin onun bərpası üçün sahədən toplanmış enamelli kafellərinin hara aparıldığı bəlli deyil.
Bu tarixi kömpleksin bərpa proyekdi də Təbriz şəhəri Ərk Qalasının, Şairlər Məqbərəsi (Məqbərət-ül-Şüəra), “Rüb Rəşidi” və Bağşumal Çardaq İmarətinin bərpa proyektləri kimi illəridir dayandırılıb və bitirilmir.
Onlar faktiki baxımsız qalaraq dağılmağa sövq edilib.