Tَəbrizdə ardıcıl iki günlük bütün məktəblər bağlandı

by Samir Asadli

Havanın çirklilik səviyyəsinin təhlükəli həddə olması və əyalətin Fövqəladə Hallar Komitəsinin xəbərdarlığı səbəbindən dekabrın 4-də Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf kəndlərinin bütün məktəbləri bağlanıb.

Bu barədə Şərqi Azərbaycanın Təhsil İdarəsi məlumat yayıb.

Bununla yanaşı, həssas yaş qrupundan olan insanların – qocaların, uşaqların və xəstələrin evdə qalmaları tövsiyə olunub.

Xəbərdarlıq bildirişində hava çirkliliyinin daha 3 gün davam edəcəyi qeyd edilib.

Bir neçə gün əvvəl İran parlamentinin ekologiya fraksiyasının başçısı Süməyyə Rəfii Səhiyyə Nazirliyinin statistikasına istinadən hər il İranda 27 min nəfərin öldüyünü deyib.

Qeyd edək ki, müxtəlif amillərlə yanaşı, ölkədə 6,5 milyon ədəd avtomobilin, 12 milyon motosikletin isə 90 faizə yaxınının köhnə olması hava çirkliliyinin təhlükəli səviyyəyə çatmasının səbəblərindən biridir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK