Alimlər İtaliyanın İntibah dövrü rəssamı Rafael Santinin əvvəllər məlum olmayan əsərini aşkar ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “ANSA” agentliyi məlumat yayıb.
1504-cü ilə aid əsərin hazırda İtaliyadan kənarda şəxsi kolleksiyada olduğu qeyd edilir. Kətan ölçüsü 46×34 santimetr olan əsərin hərtərəfli təhlili alimlərə rəsmin Rafaelin fırçasına aid olduğu qənaətinə gəlməyə imkan verib.
Qeyd edək ki, 2017-ci ildə alimlər Vatikan Muzeyində otaqları təmizləyib bərpa edərkən Rafaelin iki əsərini aşkar ediblər. Mütəxəssislərin fikrincə, bunlar rəssamın ölümündən bir müddət əvvəl tamamlanan son işləridir.