Tarixdə Azərbaycan qadınları-1

by Samir Asadli

Tarixdə Azərbaycan qadınları

Rus və farslara qarşı savaşan Səttərxanın həyat yoldaşı Rübabə xanım

Hörmətli tədqiqatçı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Sədaqət Əliyevanın “Azərbaycan mədəniyyyətində qadın fenomeni” kitabını oxuyanda Güney Azərbaycanda Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri olan Səttar Qaradağinin ilk həyat yoldaşı Rübabə xanım haqqında maraqlı bir məlumata rast gəldim. Qeyd edim ki, Azərbaycan elmində ilk dəfə olaraq məhz Sədaqət xanım bu adı öz əsərində çəkib və digər heç bir mənbələrdə bu barədə yoxdur. Rübabə xanımın kimliyi ilə bağlı olaraq araşdırma aparmaq bir zövqlü iş idi, çünki Güney Azərbaycanımızın övladı olan bu xanım təkcə bir həyat yoldaşı deyil idi, eyni zamanda inqliabçı və azadlıq uğrunda mübarizə aparan qəhrəman qadın idi. Qeyd edim ki, Səttərxan hərəkatı XX əsr milli demokratik mübarizəmizdə müstəsna əhəmiyyətə malikdir. Qısa olaraq bu hərakat barədə bir informasiya verim ki, onun hansı əhəmiyyətə malik olmasını təsəvvür edə biləsiniz.
“Səttarxan hərakatı zamanı Təbrizdə aclıq olur. Aclığa baxmayaraq caamat öz mövqeyindən geri çəkilmir. Bir gün Səttərxan küçədə gəzəndə görür ki, 3 yaşlı uşaq anasının qucağından düşərək otu kökündən qoparıb torpaqlı halda yeməyə başlayır. Səttərxan buna pis olub Anadan soruşur..
-bəlkə biz təslim olaq uşaqlar ac qalmasın…
Qadın bunun üzünə tərs tərs baxaraq deyir
-Biz torpaq yeyə bilərik, ac da qala bilərik…Amma torpaqdan pay olmaz!! Sən yolundan dönmə!!”
Əlimizdə olan məlumatlara görə Səttərxanın inqilab dövründə iki həyat yoldaşı olub. Bu barədə M.S. Ordubadinin “Dumanlı Təbriz” əsərində də qeyd edilib. Lakin bu iki xanımdan öncə, Səttərxanın Məşrutə inqiliabı başlanan zamanlarda ilk həyat yoldaşı Rübabə xanım olub. Məşrutə inqilabına qədər Səttərxan Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan, rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Burada da o Rübabə xanımla tanış olur. Rübabə xanım silahlardan rahat istifadə edən, döyüş zamanı öndə olan bir igid qadın idi.
Rübabə xanım haqqında məlumat və foto əldə etmək təəssüf ki, əldə edə bilmədim. Ancaq farsdilində bəzi mənbələr onun Təbriz şəhərində anadan olmasını kiçik qeyd edlə yazıblar. Bir neçə mənbədə Rübabə xanımın Ruslara qarşı daha çox savaş apardığı yazılır. Üzündə niqab olduğu üçün onu həbs etmək və şəxsiyyətini müəyyən etmək çətin olduğu faktına da rast gəldim. Özünün kiçik bir dəstəsi var imiş. Bu dəstə ilə əsasən o Təbrizdə rusların qarşısını kəsirmiş. S.Orconikidze Qacar dövlətində inqiliabçı dəstələrində olub, onun Rübabə xanımın dəstəsi haqqında belə bir ifadəsi var “Səttarxan qoşununa daxil olan bu dəstə heyrətamiz hünərlə döyüşürdü”
“Fars Kazak diviziyası” adlı Qacar dövlətində ruslar və mühacir qafqazlılar tərəfindən yaradılmış hərbi birləşmə mövcud idi. 1879-cu ildə rus polkovniki Aleksey Domantovicin bascılığı ilə zabitlərdən ibarət olan bir heyət Tehranda muhacirətdə olan insanlardan ibarət 850 nəfərlik atlı rus kazak diviziyası yaradıldı. 1879-cu ildən 1916-cı ilədək briqada Qacar dövlətini qorumaqda məsul olub.
Təbriz ətrafında “Fars Kazak diviziyası” ilə Səttərxanın dəstəsi arasında güclü döyüş olub, az saylı adamları ilə məğlub olub mühasirəyə düşən zaman Rübabə xanım bunu eşidib dərhal köməyə gəlir və atlı dəstəsi ilə kazaklarla atışa-atışa mühasirəni yarır və Səttərxanı xilas edə bilir.
İran milli arixivində hazırda Rəşt şəhərində rus konsulu olmuş İvan Feodiriviç Roxitonovun Qacar hökumətinə məktubu saxlanılır. Orda rus konsulun Səttar Xan və Rübabə xanımın dərhal həbs edilib Rusiya İmperiyasına təhvil verilməsi istənilməsi yazılır.
Lakin ələ keçməsi mümkün olmayan bu cütlüyə qarşı rus və fars kəşfiyyatı birgə axtarış elan edirlər. Axtarış aparılan zaman Rübabə xanım hamilə idi və dünyaya uşaq gətirməsinə bir ay vaxtı qalmış idi. Buna görə də Səttərxan qardaşı İsmayılı onunla birgə Təbrizdə Acı çayın yanında olan gizli bir evə göndərir. Bu zaman İsmayıl və Səttarxanın dostu Qaçaq Fərhad da onlarla birgə olur. Ruslar bu məlumatı alıb dərhal evi mühasirəyə alıb onlara təslim olmaq şansı belə vermədən evi top atəşinə tuturlar. Atılan top mərmilərinin biri evi darmadığın edir və orda gizlənən Rübabə xanım bətnində körpəsi ilə birlikdə ölür. Qaçaq Fərhad da öldürlür döyüş zamanı. Səttarın qardaşı İsmayılı həbs edərək Təbrizə göndərdilər. O vaxtkı Təbriz hökmdarı, taxt-tacın varisi Məhəmməd Əli Mirzənin əmri ilə İsmayılın başı kəsilir.
Səttar xan Rübabə xanımın ölümündən çox sarsılır. Mənbədə yazılana görə o bunun qisasını alacağına and içir.
Belə ki, Rübabənin vəfatından bir gün sonra ruslara hücum edən Səttar xan Təbrizi onlardan azad edib Məşrutə inqilabının mərkəzinə çevirdi.

Zaur Aliyev, dosent

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK