Tarixi idarə etmək sənəti

by Samir Asadli

Farslar özlərini İranın gerçək sahibi, Türkləri isə gəlmə, qonaq hesab edirlər, çox incə hərəkət edirlər, Tarixlə, zamanla oynamağı bacarırlar, hətta Tarixi idarə etmək sənətini bacarırlar.

Tarixi idarə etmək sənəti dedim.

Tarixi idarə etmək sənətini dünyada Farslar, yəhudilər, İngilislər bacarır.

Millətlər var ki, Tarix onlara xidmət edir, millətlər də vardır ki, onlar tarixə xidmət edir.

Tarixi idarə etmək ağlı ilə dövləti idarə etmək ağlı fərqlidir. Tarixi idarə etmək ağlı göy ağlıdır, dövləti idarə etmək ağlı Yer ağlıdır.

İran tarixini Farslar yox, Türklər yaratdılar, lakin İran Tarixi Farslara xidmət etdi. Farslar İran tarixinin yaradıcısı deyil, sahibidir. Diqqət edin, yaradıcısı deyil, sahibidir dedim.

Türklər daim ağıl savaşında Farslara yenilmişlər. Fars-İran xarakteri incə, səbirli, hiyləgər, siyasiləşmiş, gizli, ehtiyatlı, ürkək, lakin zəhərli və öldürücüdür. Hər zaman Azad, döyüşkən, emosional, səbrsiz Türk xarakteri bu hiyləgərə yenik düşmüşdür.

Farslar düşmənlərini savaşmadan yener
Türklər üz-üzə savaşaraq yenər

Əli Şəriəti yazır ki, İranda hansı etnosun, sülalənin hakimiyyətdə olması şərt deyil, fərqi yoxdur zənd olsun, türk olsun. Əsas odur ki, hakimiyyətdə olan sülalə, xanədan, millət İran ideologiyasına xidmət etsin, İranlılığa(Farslığa) xidmət etsin. İranlılıq sadəcə İran platosunu ifadə etmir, yalnız coğrafi ad deyil. İranlılıq-İran Fars mədəniyyət təsəvvürüdür, hakimiyyətdə türk də olsa, yunan da olsa İran-Fars mədəniyyətinə, ənənəsinə xidmət etməlidir. İran platosundakı dövlətlərin, hakimiyyətlərin ölçüsü – İran-Fars mədəniyyətinə, ənənəsinə xidmət etməklə müəyyənləşir. Ədəbiyyat və Sənət də İranlılığa xidmət etməlidir. Təsadüfi deyil ki, Türk Nizami Elam, Manna, Hun, Göytürk saraylarını və krallarını deyil, Sasanlı saraylarını və Krallarını öymüşdür. Atillanı, Mete Xaqanı, Alp Ər Tunqanı deyil, Makedoniyalı İsgəndəri-Yunan işğallarını öymüşdür. Qələm İran-Fars ideologiyasına, Yunan işğallarının ideallaştırılmasına çalışmışdır. (Heyf, Turan ideologiyasına xidmət etməyən puç ömürlərdən)

Fars-İranlılar tarixin bütün zamanlarında İranın parçalanması, yox olması məqamında tarixin dərinliklərinə çəkilib, Türkləri qabağa vermişlər ki, Türklər İranı xilas edə bilsinlər. Savaşçı ruhu ilə Türklər İran uğruna ölsünlər. Hər zaman İranın böhranlı anlarında Türklər savaşmışlar, qırılmışlar, saysız qurbanlar vermişlər. Farslar böyük qurbanlar vermədən tarixin içinə çəkilmişlər, yazmışlar, yaratmışlar, zamanı gözləmişlər və uyğun zamanda hiylə və siyasətlə, intriqalarla dövləti yenidən ələ keçirmişlər. Dediyim kimi, İranın sahibinə çevrilmişlər.

Midiyada saray çevrilişi edərək Əhəməni dövlətini qurmuşlar. Midiyada Farsları hakimiyyətə gətirən, strateji müttəfiqləri Babil, sonra da Midiya əsirliyində olan Yəhudilər idi.

Parfiyada saray çevrilişi edərək Sasanlı dövləti qurmuşlar. Parfiya sak-türk dövləti idi. Fars Əhəməni dövləti ilə Sasanlı dövləti arasındakı zaman aralığında 500 il ömür sürmüşdür, Romanın əsas rəqibi olmuşdur. Əli Şəriəti yazır ki, Əhəməni ilə Sasanlının arasında 500 illik qırılma var idi. Biz Sasanlının köklərini Əhəməniyə bağlamaq və aradakı 500 illik qırılmanı qapatmaq üçün 5 əsrlik Parfiya tarixini, mədəniyyətini, yazısını, kitablarını Yer üzündən elə sildik ki, Firdovsi belə Şahnaməsində bu 500 illik dövlətdən yazmağa bir mənbə tapmadı və cəmi 5 beyt yazmağa məcbur oldu.

Türk-Qacar dövlətində çevriliş edərək Pəhləvi dövləti qurmuşlar. Müttəfiqləri İngilislər idi. İngilislər-mason lojaları dövləti Türklərdən alıb Farslara verdilər. İran Pəhləvi rejimi Fars Tarixini Sasanlılara bağlamaq üçün Sasanlı ilə İran Pəhləvi höküməti arasındakı 1600 illik zaman aralığını qapatmaq üçün İran tarixini Türklərdən, Türkdən təmizləmək siyasəti yeritdi.

Bax belə ey qafil Türk. İrandakı Türk tarixinin böhranlı çağlarında Farslar hərəkətə keçmişlər, qansız-savaşsız, qurbanlar vermədən hiylə və strateji ilə dövləti ələ keçirmişlər, Türk dövlətləri Fars dövlətinə çevrilmişdir. Fars-İran millətçiliyi İrana zərbə vurduqda, İran dağılmağa məruz qaldıqda yenə də Türklər dövrəyə girmişlər…

Fars-İranlılar Yenədəmi tarixin içinə çəkilirlər.
Yenədəmi Türklər İranı xilas edəcəklər…

Yasəmən Qaraqoyunlu.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK