Güeny Azərbaycanın Təbriz şəhərində yerləşən Nobar Hamamı təmir edilmədən əhalinin baxışına verilib.
Tarixi abidə sayılan Nobar Hamamı Qacarlar çağında tikilib. Hamam Təbriz şəhərinin İmam və Tərbiyət küçələrinin kəsişməsində yerləşir. 1999-cu ildən İranın Milli Abidələr Siyahısına salınıb.
Bərbad vəziyyətdə belə, maraq doğurduğuna görə hər gün yüzlərlə şəhər sakini abidəni ziyarət edirlər.
Amma müvafiq dövlət idarələrinin Təbriz şəhərinin və əsasən Güney Azərbaycanın önəmli abidəsinə laqeyd münasibəti onu daha da təhlükəyə məruz qoya bilər.