Güney Azərbaycan təmsilçisi “Traxtur” İran çempionatında növbəti matçını keçirib.
Təbriz komandası Premyer Liqanın 18-ci həftəsinin oyunları çərçivəsində Xuzistan əyalətinin “İstiqlal” komandası ilə qarşılaşıb.
Təbrizin “Səhənd” stadionunda keçirilən görüşdə “Traxtur” 2:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra Təbriz klubu xallarını 31-ə çatdırıb və turnir cədvəlində 4-cü pilləyə yüksəlib.