Tehran rejimi bol yağıntılı mövsüm olmasına baxmayaraq gölə suyun buraxılmasına icazə vermir
Məntiqlə yanvar da daxil, fevral və mart aylarında kənd təssərrüfatının yağıntılarla qidalandığı dövrdə gölün çevrəsindəki bəndlərdən suyun buraxılması Urmu gölünün xeyli dirçəlməsi ilə nəticələnə bilər.
İndi Tehran rejimi sözdə yox, gerçəkdən də gölün dirçəldilməsini düşünürsə, tədbir görməyin vaxtıdır.
Bu istiqamətdə, o cümlədən, Çığatı, Tatau, Mahabadçay, Şəhərçayı, Qadarçayı və gölə sarı axan digər çayların yolunda vurulmuş bəndlərdən su buraxmaq olar.
Qeyd edək ki, yanvar və fevral aylarında bölgədə bol yağıntılar olub.
Ona görə də inzibati prosesə uyğun olaraq Urmu Gölünün Dirçəldilməsi Qərargahın başçısı olan Qərbi Azərbaycan Əyalətinin valisi real addım kimi müvafiq nazirliklərin yerli idarələri ilə iclas keçirib, gölə su buraxılmasını həll edə bilər.
Belə ki, Bəykəndi (indiki Bukan), Silvə, Çəpərabad və sair bəndlərdən su təmini mümkündür.