Tehrandan kömək yoxdur: Təbriz Xoya yardım edir

by Samir Asadli

Təbrizdə fəaliyyət göstərən və azərbaycanlı sənətçilər tərəfindən yaradılan “Yaşıl Yol” xeyriyyə dərnəyi Qərbi Azərbaycan əyalətində baş verən zəlzələdən zərər görənlərə yardım kampaniyası başladıblar.

Axar.az xəbər verir ki, bu məqsədlə yanvarın 29-da Təbrizin “Nisfi Rah” meydanında yardım toplamaq üçün mərkəz qurublar.

Onlar təbrizlilərə müraciət edərək, hakimiyyətin Xoyda zəlzələdən əziyyət çəkənlərə yetərli yardım etmədiyini, azərbaycanlıların bir-birlərinə yardım etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK