“The Geopolitics” saytı Araz çayının çirkləndirilməsi və bunun nəticələrinin araşdırılması barədə yazı dərc edib. Sayt yazır ki, bu gün Araz çayına geniş miqyasda çirkləndirici maddələr axıdılır. ” Bu isə nəinki suyun keyfiyyətini pisləşdirir, həm də ekologiya və insanlar üçün ciddi problemlər yaradır”.
Həmçinin qeyd edilir: “Məsələnin mahiyyəti bundan ibarətdir ki, Araz artıq çirklənib və çayın axını boyunca yerləşən Ərdəbil-Muğan bölgəsində xərçəng xəstəliyinin yayılma səviyyəsi ölkənin digər bölgələrindən daha yüksəkdir. Arazda çirklənmə daxili və Ermənistanın sərhədindən keçən mis mədənlərindən, Metsamor Atom Elektrik Stansiyasından (AES) qaynaqlanır”.
Sayt bu böhranın, xüsusən də Ermənistandakı Metsamor AES-in nüvə fəaliyyətindən qaynaqlanmasına diqqət çəkib: “Ölkənin elektrik enerjisinin 40%-ni təmin edən stansiya çayın radioaktiv maddələrlə çirklənməsinin əsas səbəbkarı sayılır”.