“Traktor” azarkeşləri avtomobillərinin təhlükəsizliyi təmin olunmur

by Samir Asadli

Güney Azərbaycanın Traktor Fubol Komandasının Təbrizin Səhənd (Yadqar İmam) Stadiumunda ilk yarışından 13 il keçsə də komandanın azarkeşləri hələ də ilk imkanlarla təmin olunmurlar.

Stadiumun çatışmazlıqları bu müddətdə hələ də həll olunmaz qalır. Belə ki, bir müddət öncə Traktor-Perspolis qarşılaşması zamanı Traktor azarkeşlərinin yüzlərlə avtomobillərindən oğurluq olunub.

Məlumata əsasən Təbrizin Səhənd Stadiumunun imkanları və azarkeşlərə xidmət təmini hökumətə öz hesab olunan İsfahanın “Nəqş Cahan” və Tehranın “Azadi” satadiumları ilə müqayisədə xeyli aşağıdır.

Bu iki şəhərin stadiumlarına vatobus marşrutu, metoryadək ayrılmış taksi xidməti, yüksək təhlükəsizliklə təmin olunmuş əlverişli avtodayanacaq təmini Səhənd Stadiumu ilə müqayisədə çox aşağı səviyyədədir.

Habelə satdiumun avtodayanacağına yönəldici işarələri yox həddindədir. Dayanacaq oğurluğa qarşı gərəkən təhlükəsizlik imkanlarına, o cümlədən nəzarət kameralarına malik deyil. Ona görə də yarışlar zamanı azarkeşlərin avtomobillərindən əşyalar və hətta avtohissələr oğurlanır.

Məsul şəxslər bu problemlərin həlli barədə dəfələrlə söz versələr də indiyədək heç bir tədbir görülməyib. Maraqlıdır ki, Təbrizin Səhənd Stadiumunun müdiriyyəti hər bir avtomobilin stadiuma girişinə görə 5 min tümən rüsüm təyin ediblər.

Lakin bu məbləğlər avtodayanacağın təhlükəsizliyinin yüksəldilməsi və problemlərinin qaldırılması yöndə xərclənmir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK