“Traktor” yenidən cəzalandırıldı

by Samir Asadli

İran Futbol Federasiyası Təbrizin “Traktor” klubunu növbəti dəfə cəzalandırıb.

Axar.az xəbər verir ki, bu barədə klubun media hesabında məlumat yayılıb.

Təbriz komandasının tərəfdarlarının bundan əvvəl stadionda idmana aidiyyəti olmayan şüarlar səsləndirmələrinə görə Premyer Liqanın 13-cü həftəsində “Traktor” və Tehranın “Peykan” komandaları arasında Təbrizdə keçiriləcək görüş tamaşaçısız baş tutacaq.

Bu, son 1 ay ərzində Təbriz komandasına qarşı ikinci cəza tədbiridir.

Noyabrın 25-də “Traktor” komandasının azarkeşləri Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə milli şüarlar səsləndirdikləri üçün Azərbaycan komandası 100 milyon tümən cərimə edilmişdi.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK