“Traxtur” azarkeşləri Tehran stadionuna buraxılmayacaq

by Samir Asadli

Futbol üzrə İran Premyer Liqanın 30-cu turu çərçivəsində mayın 18-də Təbrizin “Traxtur” klubu Tehranın “İstiqlal” klubu ilə qarşılaşacaq.

Qarşılaşma yerli vaxtla saat 18:00-da Tehranın “Azadi” stadionunda baş tutacaq.

Oyun öncəsi Tehran stadionun rəhbərliyi təbrizli azarkeşlərin sayını azaltmaq üçün müxtəlif bəhanələr uydurur, maneələr yaradırlar.

Bu barədə “Traxtur” azarkeşləri məlumat yayıblar.

Məlumata görə, 100 min nəfərlik stadiona yalnız 1500 azərbaycanlı azarkeşin buraxılması barədə qərar verilib.

“Stadionun oturacaqlarının çoxu təmir edildiyi üçün 15 000 oturacaq istifadəyə yararlıdır və bunun yalnız 10 %-i “Traxtur” azarkeşlərinə ayrılıb”,- Tehran əyalətinin Təchizat Şurası bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK