Avqustun 16-ı axşam saatlarında Təbrizin Səhənd (Yadiqarı İmam) stadionununda Azərbaycanın “Traxtur” futbol komandası Premyer Liqanın ikinci həftəsində Tehranın “Perspolis” komandasını qəbul edib.
Qarşılaşma yerli vaxtla saat 19:00-da Təbrizin Səhənd (Yadiqari İmam) stadionunda baş tutub.
70 mindən çox “Traxtur” azarkeşinin önündə “Traktor” komandası 1-0 hesabı ilə məğlub olub.
Stadiona toplaşan “Traxtur” tərəfdarları Azərbaycan dilində ana dili və Urmu gölü ilə bağlı şüarlar səsləndiriblər.
Müxtəlif şəhərlərdən stadiona toplaşan “Traxtur” tərəfdarları “Türk dilində mədrəsə, olmalıdı hər kəsə”, “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir”, “Urmu gölü bir millətin ölüm-qalım məsələsidir” və başqa bu kimi şüarlar səsləndirib.
Qeyd edək ki, Premyer Liqanın ikinci həftəsində keçirilən qarşılaşmada “Traxtur” komandası 1-0 hesabı ilə məğlub olub.