“Traxtur” “Şarja” oyununda milli üarlar səsləndirilib

by Samir Asadli

Avqustun 22-də Asiya Çempionlar Liqasının pley-off mərhələsində Təbrizin Səhənd (Yadiqari İmam) stadionunda Təbrizin “Traxtur” futbol komandası ilə  Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” futbol komandasının görüşü olub.

Qarşılaşmanı izləmək üçün Güney Azərbaycanın müxtəlif bölgələrindən stadiona axışan “Traxtur” tərəfdarlarının sayı 100 min civarında olub.

“Traxtur” tərəfdarları oyun boyunca “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” və başqa milli şüarlar səsləndiriblər.

Ərdəbildən gələn tərəfdarların stadiona girərkən “Ərdəbil canımdı, Təbriz axar qanımdı” şüarlar səsləndirmələri və plakat açmaları təbrizlilər tərəfindən alqış və coşqu ilə qarşılanıb.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərindən gələn tərəfdarlar isə “Azərbaycan ordusu, Urmu Traxturçusu” plakatları qaldıraraq “Traxtur”a dəstək nümayiş etdiriblər.

Sukduzlular isə stadionda “Sulduzdan Təbrizə vətən eşqinə” məzmunlu plakat qaldırrarq, Təvbrizlə həmrəylik nümayiş etdiriblər.

Qeyd edək ki, yerli vaxtla saat 19:30-da on minlərlə tamaşaçının alqışları altında “Traxtur”un yaxşı oyun göstərməsinə baxmayaraq, oyun 3:1 “Şarja” komandasının xeyrinə başa çatıb.

“Şarja” komandasının baş məşqçisi və oyunçuları keçirdikləri mətbuat konfransında  “Traxtur” azarkeşçlərinin sayından heyrətləndiklərini bildiriblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK