“Traxtur” Tehran komandasını məğlub etdi

by Samir Asadli

Güney Azərbaycan təmsilçisi “Traxtur” İran çempionatında növbəti matçını keçirib.

Təbriz komandası 13-cü tur çərçivəsində Tehranın “Peykan” komandası ilə qarşılaşıb.

Təbrizin “Səhənd” stadionunda keçirilən görüşdə  “Traxtur” 2:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra Təbriz klubu xallarını 24-ə çatdırıb və 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, İran Futbol Federasiyasının qərarına görə, oyun tamaşaçısız keçirilib və “Traxtur” tərəfdarları stadiona buraxılmayıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK