Türk adlarına qoyulan qadağa Pezeşkianı HƏRƏKƏTƏ GƏTİRDİ

by Samir Asadli

İran prezidenti Məsud Pezeşkian uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını əmr edib.

İranda türk adlarına qoyulan məhdudiyyətlərə qarşı “Balamın adı” adlı Azərbaycan kampaniyası və İran prezidentinə ünvanlanmış məktubdan sonra Pezeşkian məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, 15 761 nəfərin imzaladığı petisiyaya cavab olaraq Pezeşkian İran Vətəndaşların Qeydiyyatı İdarəsinə türk adlarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməyi tapşırıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK