Türk dili ilə bağlı daha bir kitabın nəşrinə icazə verilmədi

by Samir Asadli

İranın İslami İrşad Nazirliyi türk dilinin qrammatikası ilə bağlı olan “Məzhər əl-türki” kitabının nəşrinə icazə verməyib.

Bu barədə kitabın tərtibatçısı və nəşrə hazırlayanı, Ərdəbilin Fərhəngiyan Universitetinin elmi heyətinin üzvü İxtiyar Bəxşi məlumat yayıb.

“Kitabın nəşrə hazırlanması üçün 7 il çalışmışam. Buna baxmayaraq, İranın İslami İrşad Nazirliyi onun çapına icazə vermədi. Xahiş edirəm,  kitabımın elektron versiyasını mümkün qədər bütün qruplarda yayın”, – Bəxşi deyib.

Qeyd edək ki, kitabın müəllifi Əbdülrəhim Şirvani Qacar sülaləsi dövründə Ərdəbil şəhərində anadan olub, Şamaxı şəhərində yaşayıb.

Yetkin yaşlarında Şiraz şəhərinə köçən alim orada farslara türk dilini öyrətmək üçün “Məzhər əl-türki” kitabını yazıb.

O, bununla yanaşı, “İranda yaşayan türklərın dili”, “Türküstan, Çin, Maçin, Xəta və Xötəndə yaşayan özbəkiyyə və qalmuq tayfalarının türki cığatayi dili” və “Rumda yaşayan Osmanlı tayfalarının dili” əsərlərinin müəllifidir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK