Türk Mədəniyyəti və İrsi Fondu ilə Avrasiya Yazıçılar Birliyi arasında Anlaşma Memorandumu imzalanıb

by Samir Asadli

Türk Mədəniyyəti və İrsi Fondu ilə Avrasiya Yazıçılar Birliyi arasında  ortaq tarixi köklərə, dəyərlərə sahib Türk dövlət və xalqlarının mədəni əlaqələrini artırmaq, Türk ədəbi və mədəni irsini beynəlxalq səviyyədə təbliğ etmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Avrasiya Yazıçılar Birliyinin sədri Yakup Ömeroğlu imzalayıblar.

Sənəd qarşılıqlı əməkdaşlıq çərçivəsində müxtəlif mədəni tədbirlərin və layihələrin həyata keçirilməsi, o cümlədən kitabların nəşri, seminarların təşkili, Türk Dünyasının böyük şəxsiyyətlərinin, yazıçılarının yubileylərinin qeyd olunması məsələlərini və türkologiya sahəsində əməkdaşlığı ehtiva edir.
Memorandumun imzalanma mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, Fondun əməkdaşı Fərid Hüseyn, Fondun layihə rəhbəri Yakup Erkılıç iştirak edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK