Türkegey bölgəsinin tarixi məkanları

by Samir Asadli

Qədim tarixin ən qüdrətli imperatorları bu köhnə Egey ticarət yolları boyunca şəhərlər salıblar və əsrlərin ən mühüm tarixi dəyişiklikləri də məhz burada baş verib. Türkiyənin Türkegey bölgəsi müxtəlif turizm xidmətləri, mavi kruizlər və yelkənli səyahətləri, həmçinin dadlı-ləzzətli mətbəxi ilə diqqət çəkir.

Bu bölgədə Troya, Efes, Berqama, Muğla tarixi və əsrarən­giz məkanlardır. Troya da daxil olmaqla, Çanaqqalada yerləşən Tevfikiye kəndi Türkegey bölgəsinin ən maraqlı yerlərindən biri­dir. Doqquz arxeoloji təbəqəyə və 3000 illik fasiləsiz tarixə malik olan Troya qədim şəhəri 1998-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Bu qədim yer həm də Avropa Şurasının Türkiyədən başlayan ilk və tək mədəni məkanı, Aene­as marşrutunun ilk dayanacağıdır. Avropanın ən prestijli muzey mükafatları ilə tanınan görkəmli Troya Muzeyi bölgədəki qazın­tılardan əldə edilən artefaktlar və tapıntılar kolleksiyasına ev sa­hibliyi edir.

Assos Qədim Şəhəri Egey dənizinin füsunkar Behramkale kəndində, dənizə baxan terraslı enişli bir təpənin üstündə yer­ləşir. Şimali Egeyin kəşf edilməyi gözləyən başqa bir xəzinəsi olan bu qədim şəhər Assosun ən hündür nöqtəsində inşa edilən Afina Məbədinə ev sahibliyi edir. Assosdakı digər xarabalıqlara köhnə şəhərin agorası, gimnaziyası və teatrı daxildir. Assosun ən məşhur sakinlərindən biri Makedoniya sarayına Makedoniyalı İskəndəri öyrətmək üçün getməzdən əvvəl orada məşhur fəlsəfə məktəbini quran Aristoteldir.

Türkegeydəki qədim şəhərlərin müzakirəsinə hər il minlər­lə yerli və xarici turisti cəlb edən Efes də daxildir. 2015-ci ildən UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısında olan və döv­rünün ən böyük liman şəhərlərindən olub Efes, Hellenistik və Roma dövrlərində çiçəklənib. 30 min ziyarətçi tutumu ilə Türkiyə­nin ən böyük kitabxanası olan Celsus Kitabxanası, qədim teatr, Mazaeus və Mithridates darvazaları, Hadrian məbədi və qədim dünyanın yeddi möcüzəsindən biri olan Artemida məbədi, ro­malıların varlı ailələrinin necə yaşadığını göstərən “terras evlər” Efesin diqqətəlayiq yerləri arasındadır. Efesdə olarkən Məryəmin Evini, Müqəddəs Yəhyanın türbəsini və Yeddi Yatan Mağarası ilə tanış olmaq mümkündür.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK