Türkiyə təhlükəsizlik qüvvələri Şırnakda PKK-ya qarşı “Ərən Abluka Qış-23” adlı antiterror əməliyyatını başladıb.
Məlumata görə, əməliyyatda təhlükəsizlik qüvvələrinin 871 əməkdaşı iştirak edir. Əməliyyatın məqsədi PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədəki sığınacaqlarda gizlənən terrorçuları zərərsizləşdirməkdir.