İranın dini-şovinist rejimi etnik xalqların yaşadıqları bölgələrinin tərkibini dəyişdirmə siyasətini davam etdirir.
Pəhləvilər İranın cənub-şərqində Zabul bölgəsində yaşayan və özlərini “zabullu” adlandıran etnikləri quraqlıq bəhanəsi ilə ölkənin şimalında hazırkı Türkmənistanla sərhəddi olan Türkmən Səhraya yerləşdirmişdir.
İran İslam Respublikası da sələflərinin siyasəti olaraq bu planı davam etdirir və şiələri bölgəyə gətirməklə sünni türkmənlərin tərkibini dəyişdirməyə cəhd edir.
Hazırkı hakimiyyət mikrorayonların salınması ilə rejimə bağlı zabulluları Türkmən Səhrada yerləşdirir.
Rejimin bu istiqamətdə siyasətinin davamında ölkənin rəsmi 3-cü televiziya kanalı da zabulluları yerli etnik qələmə verməyə çalışır.
Xatırladaq ki, İran İslam Respublikası etniklərə mənsub coğrafi adları dəyişdirmək məqsədi ilə Türkmən Səhraın adını indiki Gülüstan Əyalətinə dəyişdirib.