Xorasan-i Rəzəvi əyalətinin Quçan şəhərində yaşayan türkmən olan sosial media fəalı Rza Bəbrnejad yenidən həbs edilib.
Bu barədə insan haqları müdafiəçiləri məlumat yyaıb.
Bildirilib ki, təhlükəsizlik məmurları türkmən fəalı iyunun 6-da həbs edərək naməlum yerə aparıblar.
Rza Bəbrnejad bundan əvvəl may ayının 20-də İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı paylaşımına görə saxlanılmış, bir neçə gün dindirildikdən sonra iyunun 1-də girov qarşılığında sərbəst uraxılmışdı.
Qeyd edək ki, Rza Bəbrnejadın qardaşı Mehdi Bəbrnejad 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı polislər tərəfindən güllələnərək öldürülüb.
Onun özü isə dinc fəaliyyətlərinə görə bir neçə dəfə təqib və təzyiqlərə məruz qalıb.