Umru şəhərində küçələrin tarixi adlarını əks etdirən tablolar dağıdılıb

by Samir Asadli

Umru şəhərində küçələrin tarixi adlarını, şəhərin etnik və kimlik mənsubiyyətini əks etdirən tablolar yenə dağıdılıb.

Urmu şəhəri İslami Şurasının Mədəniyyət və Sosial İşlər Komissiyasının sədri “kimlikləri bəlli olmayan” sakinlər tərəfindən küçələrin ad tablolarının dağıdıldığını  və ya yerindən qoparıldığını bildirib.

“Urmu şəhərində küçələrin əski çağlardan qoyulmuş və əsl adlarının dağıdılması istiqamətində kimlərsə tərəfindən hərəkətlər qəbul olunmazdır. Şəhərimizin tarixi kimliyinə toxunma bizim qırmızı xəttimizdır.
Sübutlara əsasən həmin hərəkətlərdə məqsəd tabloların dəmirlərinin oğurlanması olmayıb. Bu qəsdən və məqsədyönlü fitnələrdır.”-deyə Əhəd Yusifi açıqlayıb.

“Mədəniyyət və Sosial işlər Komissiyası qoparılmış tabloların yenidən yerlərinə qoyulmasını və polisin bu məsələyə müdaxilə etməsini şəhər müdiriyyətindən tələb edir.” Yusifi açıqlamasının sonunda bildirib.

İranın şəhərlərində əhalinin güzəranı yaxşı olmadığına görə yol işarələri dəmirlərini satmaq məqsədi ilə oğurlanır. Lakin bu hərəkət Urmuda heç vaxt olmayıb.

Xatırladaq ki, İran hakimiyyətinin Azərbaycana qarşı siyasəti olaraq və bölgənin etnik kimliyini silmək məqsədi ilə illərdir kürdlər Qərbi Azərbaycan Əyalətinə xüsusilə də Urmu şəhərinə qonaq kimi məskunlaşdırılıb.

Hal-hazırda terrorist kürd təşkilatları Urmu və Soyuq Bulaq (hazırda rəsmi adı Mahabaddır) bölgəsinə torpaq iddiaları ilə Urmu şəhərinin hər hansı etnik mənsubiiyyətinə dəlalət edən, o cümıdən şəhər küçələrinin adlarını əks etdirən tablolar  həmin təşkilata üzvlər tərəfindən müxtəlif yollarla dağıdılır.

Bu istiqamətdə kürd təşkilatlarının və İran hakimiyyətinin Azərbaycana qarşı siyasəti üst-üstə düşdüyünə görə həmin problem dəfələrlə təkrar olunur.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK