Unveristetin qatarında tələbələri cins üzrə ayırmaq üçün yenə cəhd olunur

by Samir Asadli

Mədəni adına Azərbaycan Universitetinin müdiriyyəti Universitetin tələbələrini daşıyan qatarda onları cinsləri üzrə yenə ayırmağa cəhd edir.

Həmin qatar, tələbələri Təbrizdən Azərşəhrə sarı (keçmiş Tufarqan) 35 kilometr məsafədə yerləşən Universitetə daşımaq üçün istifadə olunur.

Xatırladaq ki, Universitetin tələbələri 2022-ci ilin sentyabrında “Qadın, Yaşam, Azadlıq” Hərəkatı ilə başlamış kütləvi etirazlar zamanı qatardan cinsi ayırma olmadan istifadə etməyə nail olublar.

Lakin müdiriyyət etirazların səngiməsini müşahidə edərək qatarın vaqonlarını yenə qadın və kişilərə məxsus ayırmağa cəhd edir.

Bildirək ki, 2022-ci ilin noyabr ayında bir neçə oğlan tələbə Təbrizə qayıtmaq istəyərkən cinsi ayırmanı qırmaq məqsədi ilə qız tələbələr onları eyni vagona minməyə dəvət edib.

Bu zaman qatar məmuru müdaxilə edərək kəskin söyüşlər verməyə başlayıb və  qız tələbələrdən birini döyərək bədən xəsarəti almasına səbəb olub.

Həmin vaxtdan qatarın vaqonlarında oğlan və qız tələbələr birgə səfər edir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK