Urmu ətrafında nadir bitki növləri talanır

by Samir Asadli

Güneyli sosial media və ətraf mühit fəallarının verdiyi məlumata görə, Qərbi Azərbaycan əyalətinin Urmu mahalında nadir bitki növləri məhv edilir.

Onların bildirdiyinə görə, Cermi dərəsi adlanan bölgədə endemik bitki növü olan və xalq arasında “ağlayan gəlin” kimi tanınan “tərs lalə” gülü bölgəyə gələn kürd mühacirlər tərəfindən talanır.

Ətraf mühit fəalları adı çəkilən gül növünün qırımızı kitaba salındığını və dünyanın bir neçə bölgəsində az sayda olduğunu qeyd edirlər.

Fəallar, hökumətin və əlaqədar dövlət qurumlarının məsələyə biganə yanaşdığına görə, bölgədə “tərs lalə” gülünün tamamilə tükənəcəyi barədə xəbərdarlıq ediblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK