Son iki gün ərzində Güney Azərbaycanın müxtəlif bölgələrində bərpa layihələrinin icra edilməməsi nəticəsində Urmu gölünün qurudulmasına etiraz aksiyaları keçirilib.
“Bəndləri sındırın, Urmu gölünü doldurun!”, “Urmu gölü susuzdur!” və başqa bu kimi şüarlar səsləndirən etirazçılar hakimiyyətdən gölün bərpası layihələrini yerinə yetirməyi tələb ediblər.
Bununla yanaşı, Urmu şəhərində də oxşar aksiyalar keçirilib.
Ekofəallar Urmu gölünün acınacaqlı durumunu əks etdirən poster, plakatlar qaldıraraq, şəhərin müxtəlif məhəllələri və ictimai yerlərində vətəndaşları gölün qurumasının gətirəcəyi fəlakətlər barədə məlumatlandırıblar.