Urmu gölünün xilası üçün beynəlxalq təşkilatlara və ictimaiyyətə ünvanlanan imza kampaniyası başladılıb.
Kampaniya ətraf mühit fəalarının təşəbbüsü ilə baş tutub.
Petisiya Urmu gölü ətrafında və Azərbaycanın coğrafiyasından daha geniş miqyasda sakinlərin həyatını xilas etmək və İran hökumətinin bu istiqamətdəki siyasətlərini dəyişdirmək üçün beynəlxalq təzyiq yaratmaq məqsədi daşıyır.
Təşəbbüskarlar Urmu gölünün tamamilə quruması ilə milyonlarla insanın həyatının təhlükə ilə üzləşəcəyini bildirib, İran hökumətini gölünün tez bir zamanda bərpası üçün təcili tədbirlər görməyə çağırıblar.