Urmu gölü ilə bağlı posterlər paylandı

by Samir Asadli

Güney Azərbaycan şəhərlərindən olan fəallar diqqəti quruyan Urmu gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə çəkmək üçün aksiyalarını davam etdirirlər.

Bu qəbildən olan aksiyaların davamında Güney Azərbaycanın müxtəlif şəhərlərində poster və braşurlar paylanıb, divarlara yapışdırılıb.

Urmu gölünün fotosu olan posterlərin üzərində gölün acınacaqlı durumunu əks etdirən qısa məlumatlar yazılıb.

Bununla yanaşı, azərbaycanlıların gölün xilas edilməsi üçün ayağa qalxmaları istənilib.

Posterlərdə “Urmu gölü dolmalıdı: ya qan ilə,  ya su ilə” kimi xəbərdarlıq mesajları əks olunub.

Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilometr olub.

Ən dərin nöqtəsi  16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK