Urmu gölünün qurumasının qarşısını almaq üçün bərpa layihələrinin icra edilməməsinə qarşı etiraz aksiyaları davam edir.
Avqustun 15-də ətraf mühit fəalları Urmiya gölünün qurumuş yatağında aksiya keçiriblər.
Bu barədə ekofəallar sosial mediada paylaşım ediblər.
Onlarla ekofəal Urmu gölünün qurumuş yatağında insan zənciri təşkil veriblər.
Urmu şəhərindən olan aksiyaçılar gölün xəritəsi və onun ekosistemi ilə bağlı şəkillərin əks olunduğu 60 kvm-lik plakat açıblar.