Avqustun 29-da yerli vaxtla saat 17. 00-dan 18:30-a kimi İsveçrənin Bern şəhərinin Kasino Platez meydanında Urmu gölünə görə aksiya keçirilib.
Arazın hər iki tayından olan azərbaycanlıların iştirak etdiyi aksiyada Urmu gölünün acınacaqlı durumunu əks etdirən poster və plakatlar qaldırılıb.
Aksiya iştirakçıları ekoloji fəlakətlə bağlı çıxışlar edib, isveçrəlilərə Urmu gölü barədə məlumatlar verib və braşurlar paylayıblar.
Qeyd edək ki, ekoloqların verdiyi məlumata görə, hazırda gölün sahəsi 682 kvadrat kilometrə qədər kiçilib.
Göldə mövcud olan suyun həcmi isə daha da azalaraq, 900 milyon kubmetrə düşüb və bu bərpa işlərinin aparılmadığı üçün azalmaqda davam edir.
Urmu gölünün minimum ekoloji su həcmi 15,5 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.