Urmu gölünün acınacaqlı durumu barədə UNESCO-ya müraciət olunub

by Samir Asadli

İran hakimiyyətinin Gölün calandırılması barədə tədbrisizliyi və laqeydliyinə qarşı Güneyli aktivistlər tərəfindən BMT-nin UNESCO təşkilatına videomüraciət ünvanlanıb.

Müraciətdə 30 min illik ömrü olan Gölün qurudulması ilə bölgənin duz çölünə çevrildiyi və nəticədə turizm sahəsi üçün marağını itirdiyi qeyd olunub.

Həmçinin bildirilib ki, tədbirsizliyə görə quruma nəticəsində əsasən xərçəng və tənəffüs xətəlikləri artır və bölgəyə məxsus heyvanların, o cümlədən Artemia Urmiana, maral, flaminqo və pelikanların yaşam məskəni məhv edilir.

Müraciətin davamında bölgədə su və qida təmini resurslarının azaldığı və duz qasırğaları nəticəsində yaxın şəhərlərin boşalacağı vurğulanıb.

u və qida təmini resurslarının azaldığı və duz qasırğaları nəticəsində yaxın şəhərlərin boşalacağı vurğulanıb.

Urmu gölü ilə bağlı növbəti xəbərdarlıq edildi

Bölgədə humanitar faciənin qarşısını alamq məqsədi ilə UNESKO tərəfindən Gölün dirçəldilməsi istiqamətində ciddi tədbirlərin görülməsi və hərəkətə keçməsi xahiş olunub.

Xatırladaq ki, Urmu Gölü Birləşmiş Millətlərin Təlim, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qorunan bölgələri sırasında olmaqla İranın milli parkları siyahısına daxildir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK