Urmu gölünün durumu getdikcə pisləşir-VİDEO

by Samir Asadli

Urmu gölü sürətlə quruyur. İran hökumətinin kütləvi informasiya vasitələri ictimaiyyəti aldatmaq məqsədi ilə gölün vəziyyətinin yaxşılaşdığını iddia edirlər. Lakin göldən yenicə çəkilmiş video görüntülər bunun əksini sübut edir.

Mayın 19- da Şərəfxana limanından çəkilmiş videoda gölün vəziyyətinin ötən aylarla müqayisədə daha da pisləşdiyi görünür.

İranın irqçi hökuməti Güney Azərbaycan əhalisindən göl barədə gerçəklikləri gizlədir.

Qeyd edək ki, ötən 20 ildə İranın keçmiş prezidentləri gölün qurumasının qarşısının alınacağı ilə bağlı çoxlu vəd veriblər.

O, cümlədən Mahmud Əhmədinejad, Həsən Ruhani və hazırkı prezident İbrahim Rəisi gölün bərpası ilə bağlı bir sıra tədbirlərin görüləcəyini bildirsələr də,  bu vədlərin heç biri reallaşmayıb.

Yaxın Şəqrdə İranın siyasətini həyata keçirən terror təşkilatlarına milyardlarla dolar vəsait ayıran Tehran hökuməti təbiətin incisi sayılan Urmu bərpasına cəhd etmir.

Bu siyasətin səbəbi isə İran fars hakimiyyətinin Güney Azərbaycana qarşı qərəzi, bölgə əhalisinin başqa vilayətlərə köçünün stumillaşdırılmasıdır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK