Urmu gölünün quruması barədə xəbərdarlıq

by Samir Asadli

Radioterapiya və onkologiya mütəxəssisi Urmu gölünün qurumasının əhalinin sağlamlığına nəticələri barədə əhaliyə elmi və dəqiq məlumat verilməsinin vacibliyini vurğulayıb.

Həkim Vəli Rəhimzadə gölün qurumasının şəxslərin sağlamlıqlarına nəticələri barədə laqeyd yanaşıldığını qeyd edib. “15 ildir ki, gölün qurumasının nəticələri barədə xərçəngşünasların fikirlərinə önəm verən yoxdur.

Bu istiqamətdə göldən nümunələr götürülməli və beynəlxalq etibarlı laboratoriyaların əməkdaşlığı ilə onların insan sağlamlığına dağıdıcı təsirlərini öyrənmək lazımdır.”

Onkoloq sözlərinin davamında ölkə rəsmilərinə xitabən deyib: “Gölün qurumasının insana təhlükələri çevrəyə təsirlərindən daha böyükdür. Ona görə də xalqı bu barədə məlumatlandırmaq üçün gərəkən işlər görülməlidir.”

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK