Rusiyalı astronavt Sergey Ryazanski Urmu gölünün son vəziyyətini əks etdirən, kosmosdan çəkdiyi video və foroları yayıb. Urmu gölünün durumunun kədərləndirici olduğunu deyib.
Ekoloqlar bərpa işləri aparılmadığına görə Urmiya gölünün sentyabr ayında tamamilə quruyaraq yox olacağını bildiriblər.
Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji su həcmi isə 15,5 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
Hazırda Urmu gölünün sahəsi 682 kvadrat kilometrə qədər kiçilib,
su həcmi isə 900 milyon kubmetrdən azdır.