“Urmu gölünün su ilə cüzi dolması yağıntıların işidir, hakimiyyətin deyil” – İran dövlət rəsmisi

by Samir Asadli

İran hakimiyyətinin Ətraf Mühit Təşkilatının keçmiş rəsmisi Azərəncümən xəbər portalı ilə müsahibəsində hakimiyyətin Göl barədə planı olmadığını qeyd edib.

“Sevindirici haldır ki, ötən həftədə 50 millimetrdən artıq yağıntıdan sonra cüzi yaxşılaşma müşahidə olunub, lakin onun bərpasına məsuliyyət daşıyanların düşünmədikləri tək məsələ gölün bərpa olumasıdır, göl üçün özlərinin təyin etdikləri su payını bəndlərdən buraxmadılar. Onun problemlərinin həllinə heç bir plan hazırlamayıblar. Hətta ölkə rəsmilərinin çıxışlarında da bu problem üzərində durulmur. Belə görünür ki, artıq Urmu gölünün bərpa olunmasını düşünmürlər və öz halına buraxıblar”- deyə İsa Kalantəri vurğulayıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK