Bir müddətdir Urmu gölünün vəziyyəti barədə paylaşılmış görüntülər gölün dirçələcəyi ümidi ilə Azərbaycan xalqının sevinməsinə səbəb olub.
Bu barədə ətraf mühit mütəxəssisi Əhməd Baybvedir fikir bildirib.
“3 Yay ayında temperaturun miqdarını nəzərə alsaq hələ bu aylar ərzində Göldən buxarlanma miqdarı təxminən 2 milyard kubmetrdir.
Gölün hazırkı su həcminin 2.2 milyard kubmetr olduğun nəzərə alaraq onun dirçəlməsinə lazım olan su həcmi 14 milyard kubmetr olmalədır. Deməli gölün dirçəlməsinə hələ çox qalır”.
Bir müddətdir güclü yağışlar nəticəsində Urmu Gölünün su səviyyəsi azca yaxşılaşmışdır.
İran hakimiyyəti isə bu artımın dövlətin tədbirləri və gölün bərpasına planlar nəticəsində olduğunu iddia edir.