Yanvarın 23-də Urmiya şəhərinin “Durnalar Yuvası” idman zalında keçirilən voleybol yarışında milli şüarlar səsləndirilib.
Qarşılaşmada yüksək səviyyəli oyun nümayiş etdirən Urmu komandası 3-1 hesabı ilə tehranlı rəqibinə qələbə çalıb.
Uzun aylardan sonra zala toplaşan azərbaycanlı tamaşaçılar “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.