Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin Universitetində onlarla tələbə təhsildən uzaqlaşdırılıb.
İranın “Şərq”nin yazdığına görə, 3 ay ərzində Universitetin inzibati komissiyası və təhlükəsizlik qurumunun göstərişi ilə etiraz aksiyalarına qoşulan 50 tələbənin təhsili dayandırılıb.
Qeyd edək ki, bu müddət ərzində həbs olunan 19 min nəfərə yaxın etirazçının təxminən 687- nəfəri Universitet tələbəsidir.