Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında azərbaycanlı məhbus Fərhad Nəğizadə həyatını itirib.
Onların sözlərinə görə, kəskin ürək ağrılarından əziyyət çəkən məhkumun xəstəxanaya köçürülməsi və müalicə olunmasına icazə verilmədiyi üçün o dünyasını dəyişib.
Qeyd edək ki, özəlliklə son vaxtlar İran zindanlarında məhbusların intiharı və ölüm hallarının artması ilə bağlı yerli beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər.
Bir müddət əvvəl Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.
“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub.
Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər zindanının “payına düşür”.