Urmuda Azərbaycan dilində kitabar paylanılıb

by Samir Asadli

Urmu şəhərinin mədəni fəalları 12 dekabr (21 Azər) hərəkatının və milli hökumətin qurulmasının ildönümü ilə bağlı mədəni tədbirlər keçirməyə başlayıblar.

Fəllar yüzlərlə uşağa Azərbaycan dilində “Qar adamı”, “təmizlik”, “Çalışqan” toyuq  və başqa bu kimi uşaq hekayələrindən ibarət kitablar veriblər.

Qeyd edək ki, hər il Güney Azərbaycanda Milli Hökumətin qurulmasının və 17 dekabr Azərbaycan dilində kitablarınyandırılmasının yandırılmasının ildönümlərində güneyli uşaqlara Azərbaycan dilində kitab paylama kampaniyaları keçirilir.

Xatırladaq ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 40 ildən artıqdır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub və 40 milyon türkü təhsil hüququndan məhrum edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK