Qərbi Azərbaycan əyalətinin Urmu şəhərində uşaqlar və məktəblilərə Azərbaycan dilində kitablar paylanılıb.
“Mən kiməm”, “Şirin dilim” və başqa adlarda olan kitablarda azərbaycanlıların milli kimliyi, dil və mədəniyyəti sadə dillə uşaqlara izah edilib.
Qeyd edək ki, bu, sentyabrın 23-ü İranda yeni təhsil ilinin başlaması və azərbaycanlıların ana dillərində təhsil ala bilməmələrinə diqqət çəkmək üçün edilib.
İki gündür, güney Azərbaycanın bir neçə şəhərində oxşar mədəni tədbirlər keçirilir.