Urmuda idman yarışında milli şüarlar səsləndirildi

by Samir Asadli

Urmu şəhərinin “Durnalar yuvası” (Qədir) idman kompleksində keçirilən voleybol yarışında Urmu gölünün acınacaqlı durumu ilə bağlı şüarlar səsləndirilib.

İdman zalına toplaşan minlərlə azərbaycanlı Urmu gölü ətrafında baş verən ekoloji fəlakətə diqqət çəkmək üçün “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir!” şüarı səsləndiriblər.

Bununla yanaşı, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Təbriz, Zəncan, Ərdəbil, bu səs Urmudan gəlir!” şüarları səsləndirən tamaşaçılar Azərbaycan bölgələri arasında ayrılıq yaratmağa çalışanlara mesaj veriblər.

Qeyd edək ki, Premyer Liqanın on altıncı həftəsi çərçivəsində keçirilən görüşdə Urmunun “Şəhrdari” voleybol komandası Günbəd şəhərinin komandasına 3-0 hesabı ilə qalib gəlib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK