Urmuda irqçi şair Firdovsi ilə bağlı tədbir keçiriləcək

by Samir Asadli

Mayın 14-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin Mətbuat Evində “Firdovsidən təqdir” mərasimi keçiriləcək.

Əyalətin Mədəniyyət və İrşad İdarəsi ilə farsçı cərəyanların birgə əməkdaşlığı nəticəsində keçirilməsi nəzərdə tutulan tədbir güney azərbaycanlıların etirazları ilə qarşılaşıb.

Güneyli ziyalılar, mədəniyyət xadimləri və milli-mədəni fəallar bununla bağlı sosial mediada paylaşımlar ediblər.

Onlar başqa ölkələrdə islam dini adından siyasi vasitə kimi istifadə edən, özünü islam himayəçisi kimi qələmə verən Tehran hakimiyyətinin ikiüzlü siyasət yeritdiyini yazıblar.

Narazılar azərbaycanlıların və başqa qeyri-fars millətlərinin milli-mədəni varlığına biganə yanaşan İran hökumətinin fars şovinizminin simvolu olan Firdovsinin Azərbaycanda təbliğ olunmasını tənqid ediblər.

Onlar bunu qeyri-farslara qarşı ayrı-seçkiliyin bariz nümunəsi olduğunu bildiriblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK