Urmuda mədəni tədbirin keçirilməsinin qarşısı alındı

by Samir Asadli

Qərbi azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin universitetində Azərbaycan poziyası ilə bağlı tədbirin keçirilməsinin və kitab təqdimatının qarşısı alınıb.

Bu barədə tədbir təşkilatçısı “Azərbaycanşünaslıq Mərkəzi” məlumat yayıb.

Mədəni tədbirdə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı çıxışlar edilməsi və şeirlər oxunması nəzərdə tutulmuşdu, eyni zamanda, Urmu Tibb Elmləri Universitetinin tələbəsi, gənc şair Nima Cəlilzadənin Azərbaycan dilində olan “Qırov” şeir kitabının təqdimatı planlaşdırılılmışdı.

Mədəni tədbirdə iştirak etmk üçün Təbriz, Ərdəbil, Xiyav və Güney Azərbaycanın başqa bölgələrindən Urmuya gələn çox sayda qonaqlar geri qayıdıblar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK