Urmuda su qıtlığı: Əkin sahələri susuz qalıb

by Samir Asadli

Su qıtlığı Urmuda əkinlə və heyvandarlıqla məşğul olanları çətin duruma salıb.

Problemin yaranmasına səbəb Şəhərçayı su anbarından kənd arxlarına suyun buraxılmamasıdır.

Kütlər kəndinin Bəkişliçay bölgəsinin əkinçiləri problemlə bağlı dəfərlərlə Su İdarəsinə müraciət etsələr də, problem həllini tapmayıb.

İdarənin rəsmiləri müxtəlif bəhanələrlə onları başlarından ediblər.

Kəndlilərə suyun olmadığı deyilib.

Bəzi məmurlar isə tezliklə suyun veriləcəyini bildiriblər.

“Məsul şəxslər bu problemin həllinə laqeyd yanaşır və ciddi tədbir görmürlər”-problemlə bağlı danışan kənd sakinləri belə deyib.

Qeyd edək ki, Şəhərçayında su azaldığından yem qıtlığı yaranıb.

Kəndin mal-qarasının əsas otlaq sahəsi susuz qalıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK