Urmuda türkcə yer adı tablosu yenidən qurulub

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərində “Məscid məhəlləsi” tablosu yenidən qurulub.

Bu, yerli əhali və milli-mədəni fəalların etirazlarından və bələdiyyəyə müraciətlərindən sonra baş tutub.

Bir neçə gün əvvəl güneyli fəalların sosial mediada paylaşdıqları məlumata görə, Urmu şəhərinin qədim məhəllələrindən olan “Məscid məhəlləsi” adı lövhədən silinmişdi.

Fəallar bu hərəkətlərin bundan öncədə olduğu kimi bölgəyə sonradan yerləşən mühacir kürd qrupları tərəfindən həyata keçirildiyini yazıblar.

Bu günə kimi oxşar hərəkətlər dəfələrlə baş verib və Qoyun körpüsü, Doşabçı xana, Dərə çayı və digər adlar lövhələrdən pozulub.

Qeyd edək ki, radikal kürd qruplaşmaları və silahlı təşkilatlarına yaxın şəxslər Qərbi Azərbaycana qarşı torpaq iddialarını əsaslandırmaq üçün yer adlarının dəyişdirilməsinə çalşırlar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK